Xəbər - Orxan Nəbiyev – Trend:
ABŞ-ın “Qualcomm”, “Broadcom” və Tayvanın “MediaTek” şirkətləri yeni nəsil “Wi-Fi” texnologiyasının hazırlanmasına başlayıb.
AzerTimes-ın məlumatına görə, “Wi-Fi 7” standartı “Wi-Fi 6” və “Wi-Fi 6E” simsiz rabitə standartının davamçısı olacaq.
Qeyd olunur ki, “Wi-Fi 7” məlumatların ötürülmə sürətini 2 dəfə artıracaq. Bundan başqa, “Wi-Fi 7″nin əhatə radiusu da genişlənəcək.
Yeni texnologiyanın 2-3 il ərzində buraxılışa hazır olacağı deyilir. Bununla eyni zamanda “Wi-Fi 7” dəstəkli qurğular da istifadəyə veriləcək.