
Bu ilin yanvar-mart aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatlar (NKA) vasitəsilə qeydə alınan dövriyyə 7 milyard 49,5 milyon manat olub.
AzerTimes xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,8 % çoxdur. Bu il aprelin 1-nə qədər ölkədə 112 219 ədəd NKA quraşdırılıb:
“Yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb”.
AVRO
LİRƏ
RUBL
LARİ
DİRHƏM
YUAN