Yeni nazir bir gündən sonra azad edildi, müavini də… – Nə baş verir?

Yeni nazir bir gündən sonra azad edildi, müavini də… – Nə baş verir?

17:00

Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini vəzifəsindən azad olunub.

AzerTimes APA-ya istinadən xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov sərəncam imzalayıb.

Sərəncama əsasən, Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov tutduğu vəzifəsindən azad edilib.

Qeyd edək ki, ötən gün Kazım Hüseynəliyev iqtisadiyyat naziri təyin olunmuş, bu gün isə onun sərəncamı hər yerdən silinmişdi. Bu gün isə Bəxtiyar Məmmədov nazir müavini ilə bərabər, “nazir vəzifəsinin müvəqqəti icraçısı” vəzifəsindən də azad edilib.

Teqlər: