Yeni nazir aparat rəhbərini işdən çıxardı

Yeni nazir aparat rəhbərini işdən çıxardı

Müdafiə Sənayesi Nazirliyinin Aparat rəhbəri vəzifəsindən azad edilib.

AzerTimes Report-a istinadən xəbər verir ki, bununla bağlı müdafiə sənayesi naziri Vüqar Mustafayev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Zaur Əliyev nazirliyin Aparat rəhbəri vəzifəsindən azad olunub.

Həmin vəzifəyə hələlik təyinat olmayıb.

Məlumatı Müdafiə Sənayesi Nazirliyindən təsdiqləyiblər.

Qeyd edək ki, Z.Əliyev sabiq nazir Mədət Quliyevin 2019-cu ildə imzaladığı əmrlə nazirliyin Aparat rəhbəri vəzifəsinə təyin olunmuşdu.

Xatırladaq ki, Prezident İlham Əliyevin bu il noyabrın 18-də imzaladığı Sərəncamı ilə Vüqar Valeh oğlu Mustafayev müdafiə sənayesi naziri təyin olunub.

Teqlər: