Rusiyanın Ukraynada etdiklərini gördükdən sonra Kosova və Serbiya arasında yeni münaqişə riskinin olmadığını demək məsuliyyətsizlik olar.
AzerTimes xəbər verir ki, bunu Kosova Baş naziri Albin Kurti deyib.
Baş nazirin sözlərinə görə, Serbiya ilə yaşanan gərginliyin arxasında Rusiya durur:
“Ukraynanın işğalından əvvəl imkanlar az olsa da, indi vəziyyət tam dəyişib”.