Regionda (mərkəzi Livandadır) yeni müharibə yetişir və bu, şübhəsiz ki, Cənubi Qafqaza da təsir edəcək.
AzerTimes xəbər verir ki, bu sözləri erməni türkoloq Varujan Geqamyan bildirib.
“- Türkiyə Azərbaycan vasitəsilə Zəngəzur dəhlizinin açılması üçün diplomatik və hərbi təzyiqləri artırır. Onların cədvəlinə uyğun olaraq, yaxın bir neçə ayda (ilin sonuna qədər) buna nail olmalıdırlar;
– Rusiya-Türkiyə münasibətlərində gərginlik meyli ilə nəzərəçarpacaq dərəcədə soyuma var;
– Bu ilin payızında Gürcüstanda qaynar geosiyasi döyüş gözlənilir: parlament seçkiləri təkcə seçkilərlə məhdudlaşmayacaq.
Bu dörd məsələ (Yaxın Şərqdəki yeni müharibə ehtimalı ilə birgə – red.) mövcud çağırışlara əlavə edildi.
Dördü də Ermənistan üçün partlayış təhlükəsidir.
Dördünə də hazırlığa başlamalıyıq – həm də dünəndən.
Dördünə də biganəlik var”, – o qeyd edib.