Yeni müharibə olacaq? – Ermənilərin cavabı

Yeni müharibə olacaq? – Ermənilərin cavabı

Ermənistanda insanların çoxu yeni müharibə olacağına inanır.

AzerTimes xəbər verir ki, bunu “Qallup” beynəlxaq şirkətinin Ermənistandakı nümayəndəsi Aram Navasardyan “Fransız öpüşü” adlı sorğunun nəticələri ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Bildirib ki, “Yaxın gələcəkdə müharibə təhlükəsini görürsünüzmü” sualına respondentlərin 55,1 faizi “mütləq”, 25,5 faiz – “olacaq”, 9,8 faiz – “yəqin ki, yox”, 7,2 faiz – “qətiyyən yox” cavabı veriblər.

“Vətəndaşlarımızın təxminən 80 faizi inanır ki, yaxın gələcəkdə müharibə ola bilər”, – Aram Navasardyan vurğulayıb.

Teqlər: