Yeni müharibə Ermənistan üçün böyük fəlakət ola bilər – ŞƏRH

Xəbər - Elçin Mehdiyev – Trend:

Əgər kimlərsə sülh istəməsələr və müharibəni yenidən qızışdırsalar Azərbaycan hər zaman hazırdır. Yeni müharibə Ermənistan üçün hətta ölümə bərabər böyük fəlakət ola bilər.

Bunu AzerTimes-a Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat bildirib ki, Azərbaycan 44 günlük Vətən müharibəsində öz ərazi bütövlüyünü təmin edib:
“44 günlük Vətən müharibəsinin hər bir günü müzəffər ordumuzun şanlı qələbəlik səhifəsi, Ermənistanın mif yaratdığı müzəffər ordusunun acı məğlubiyyətə uğradığı günləri olub. Rəşadətli ordumuz 10 noyabrda Ermənistanı kapiyulyasiya sənədinə imza atmağına məcbur etdi. Bu sənədin bütün maddələri Azərbaycan Prezidenti İlham Əliyevin diqtəsi ilə hazırlanmış, regionda uzunmüddədtli sülhün və təhlükəsizliyin bərqərar olmasına hesablanmışdır. İmzalanmış üçtərəfli bəyanatın bir çox maddələri icra olunmuş, amma üstündən 9 ay keçməsinə baxmayaraq təəsüf ki, bütün maddələr icra olunmur və Ermənistan yenə də öz hiyləsini işə salmaqla havadarlarına söykənərək imzalanmış üçtərəfli bəyanatının icrasından yayınmaq niyyətindədir. Halbuki bu bəyanatın icrasına Rusiya imza qoyaraq zəmanət vermişdir. Azərbaycan müharibənin bitdiyini elan etmiş, gələcək məqsədi Ermənistanla sərhədlərin delimitasiya və demarkasiya olunması, bir-birinin ərazi bütövlüyünü tanımaqla uzun müddətli sülhün imzalanması, regionda uzunmüddətli sülhü və təhlükəsizliyini təmin etməklə əməkdaşlıq mühütünü inkişaf etdirilməsidir.
Bu məsələlərinin həyatda keçirilməsi və yenidən müharibənin baş verməməsi üçün region ölkələri də iştirak etməli və Azərbaycanın region ölkələrindən gözləntiləri vardır.

Bu gözləntilərimiz ilk növbədə regionda təhlükəsizliyini təmin etmək məqsədilə sülhməramlıları Qarabağa gətirmiş və 10 noyabrda imzalanmış üçtərəfli bəyanatın imzalanmısına cavabdehlik daşıyan Rusiya ilə bağlıdır”.

Deputat hesab edir ki, Rusiya imzalnmış üçtərəfli bəyanatın icra olunmamış iki bəndinin, xüsusliə erməni hərbi birləşmələrin Qarabağdan çıxarılmasını və Zəngəzur dəhlizinin açılmasına Ermənistanı məcbur etməli və tələb etməlidir:

“Real həyatda onu görürük ki, Rusiya sülhməramlıları üçtərəfli müqavilədə nəzərdə tutulmuş razılaşmaya zidd olaraq Qarabğdan erməni hərbiçilərin çıxarılmasına yox, Laçın dəhlizi vasitəsilə müxtəlif yollarla erməni hərbiçilərin yenidən gəlməsinə şərait yaradır. Qarabağa yenidən gəlmiş erməni tör-töküntüləri postlar qurmağa, yenidən təmas xəttini yaratmağa can atır ki, Azərbaycan buna heç vaxt imkan verməyəcəkdir.

Ermənistanın müdafiə nazirini Moskvaya dəvət edən Rusiyanın müdafiə naziri Ermənistanı yenidən müasir silahlarla silahlandırmağa başlayacaqlarını, erməni ordusunu modernləşdirəcəyini bəyan edir. Burda bir sual yaranır. Əgər Azərbaycan müharibənin bitdiyini elan edirsə və məqsədini açıq şəkildə bildirərərk regionda uzunmüddətli sülhün və təhlükəsizliyin bərqərar olmasını istədiyini bəyan edirsə Rusiya Ermənistanı hansı məqsədlə və kimə qarşı yenidən silahlandırır? Rusiyanın bu həəkəti qəbul olunmazdır və Azərbaycanın Rusiyadan növbəti gözləntisi regionda yenidən müharibənin alovlanmasına yox, sülhün və əminamanlığın inkişafına xidmət edəcək addımlarının atılmasıdır. Çünki, erməni ictimaiyyəti də 44 günlük Vətən müharibəsindəki acı məğlubiyyətini qəbul edib və bu məğlubiyyətə yenidən səs verib. Rusiya onu da nəzərə almalıdır ki, sadə erməni ictimaiyyəti yenidən müharibə istəmir. Ona görə istəmir ki, 44 günlük müharibə dövründə baş verənlərin acısını yaşayırlar və bilirlər ki, yenidən müharibə alovlanarsa Azərbaycan ordusunu bu dəfə heç kim saxlaya bilməz və özünün tarixi torpaqlarını da işğaldan azad edəcəkdir. Ermənilər bilməlidirlər ki, bu gün onları yenidən müharibəyə hazırlayanlar zaman gələndə hərəsi bir yana qaçacaqlar və yenə məhv olan özləri olacaqdır. Bizim Rusiyadan əsas gözləntimiz regionda uzunmüddətli sülhün və təhlükəsizliyin bərqərar olunmasına, əməkdaşlıq mühütünün genişlənməsinə və inkişafına töhvə verəcəyi ilə bağlıdır.

Regionda sülhün və əməkdaşlığın davamlı və uzun müddətli olması üçün İrandan gözləntilərimiz isə ancaq səmimi qonşuluq münasibətlərinin inkişafına töhfə verilməsi ilə bağlıdır. İran Azərbaycanın ərazi bütövlüyünü tanıyır və 44 günlük Vətən müharibəsindəki qələbəmiz münasibətilə ölkəmizi təbrik edir. Digər tərəfdən isə həm 44 günlük Vətən müharibəsi dövründə, həm də indi İran dövlət nömrə nişanlı yük avtomobillərinin qeyri qanuni Qarabağda hərəkətini müşahidə edirik. Bu məsələ ilə əlaqədar XİN İrana rəsmi nota da təqdim etmişdir. Bizim İranın yeni admistirasiyasından böyük gözləntilərimiz var. İranın yenidən formalaşacaq admistirasiyasından istəyirik ki, Ermənistanı revanşizmə ruhlandıracaq addımlarından çəknməklə regionda sülhün və əməkdaşlığın davamlı olmasına töhfə versin. Çünki, sülhün davamlı olması regionun bütün ölkələri üçün əhəmiyyətlidir. Ölkələr bir-birinin ərazi bütövlüyünü tanıyacağı və səmimi qonşuluq münasibətlərini inkişaf etdirəcəyi halda Cənubi Qafqaz regionunun beynəlxalq əhəmiyyəti artacaqdır. Nəticədə yeni Avroasiya beynəlxalq dəhliz meydana gələcəkdir ki, bu da bütün region ölkələrinə yeni iqtisadi əməkdaşlıq imkanları gətirəcəkdir.

Azərbaycan gələcəyə planlarını və niyyətini açıq şəkildə bəyan etmişdir. Biz öz sözümüzdə dururuq, yetər ki, Ermənistana arxa duranlar yenidən müharibənin alovlanmasına Ermənistanı həvəsləndirməsinlər. Azərbaycan sülh misiyası ilə çıxış etməklə paralel öz hərbi gücünü artırır və hər bir situasiya üçün hazır vəziyyətdədir. Biz ən müasir hərbi texnikaları almaqla ordumuzu daha da təkmilləşdirirk.

Teqlər: