Həbsdə olan Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan 1-2 avqust tarixlərində parlamentin 44 günlük müharibə ilə bağlı istintaq komissiyasının iki iclasında dindiriləcək.
AzerTimes xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Məlumata görə, Tonoyan parlamentə cəzaçəkmə müəssisəsinin əməkdaşlarının müşayiəti ilə gələcək. Bildirilib ki, parlamentin sessiyası qapalı formatda keçiriləcək və onlayn yayımlanmayacaq.
Qeyd edək ki, Tonoyan Azərbaycana qarşı “Yeni müharibə, yeni ərazilər” şüarını irəli sürən və işğalı genişləndirmək niyyətini açıq şəkildə ortaya qoyan şəxsdir. 44 günlük müharibədə erməni ordusu darmadağın ediləndən 10 gün sonra işdən çıxarılan Tonoyan 2021-ci ilin sentyabrından həbsdədir. Keçmiş müdafiə naziri sursat təchizatından sui-istifadədə ittiham olunur.