Yeni model iPhone istehsalında texniki problem yaranıb

Yeni model iPhone istehsalında texniki problem yaranıb

Yeni model “iPhone” istehsalçısı texniki problemlərlə üzləşib.

“Apple” şirkətinin smartfonu OLED displeylə təchiz ediləcək.

Bu, LED və LCD ekranlardan onunla fərqlənir ki, öz şəxsi rəngi ilə işıq saçır, piksellərin rənginin işıqlanması ilə deyil. Bunun üçün də OLED pikselləri “emissive” və ya “işıqlanan” adlandırılır.

Displeyin parlaqlığına piksellə nəzarət olunur, LED/LCD ekranlarda isə belə funksiya yoxdur.

“Apple” mütəxəssisləri “Home” düyməsinin OLED displey ilə birləşməsində problemlə üzləşiblər. Belə ki, bu OLED ekran bütün qabaq paneli tutur. “TouchID” skaneri orqanik işıq diodu səbəbindən işləməyən vəziyyətdə qalır.