Yeni mərhələ: Ukrayna Rusiyanı bu PUA-larla vurur

Yeni mərhələ: Ukrayna Rusiyanı bu PUA-larla vurur

Ukrayna döyüşlərdə sınaqdan keçirilən gizli PUA-larla Rusiyaya hücum edir.

AzerTimes xəbər verir ki, bunu Ukraynanın strateji sənaye naziri Aleksandr Kamışin “Taym” nəşrinə açıqlamasında deyib.

“Bunları poliqonda sınaqdan keçirməyə vaxtımız yoxdur. Biz onları döyüşdə sınaqdan keçiririk. Ona görə də hazır olmalı, düzəlişlər etməli və prosesi təkmilləşdirməliyik. Rusiyadakı hədəflərə son zərbələrin hamısı Ukrayna istehsalı olan dronlarla həyata keçirilib”, – nazir bildirib.

“Taym” hazırladığı materilda qeyd edib ki, qışda Rusiya-Ukrayna müharibəsində yeni mərhələ başlayıb və Rusiya ərazisinin dərinliklərindəki hədəflərə PUA zərbələri endirilir:

“Ukrayna gecə yarısı gizli bazalardan PUA-lar buraxır. Bu bazalar hərbçilər tərəfindən ciddi şəkildə qorunur və yalnız bir neçə mülki mühəndis üçün əlçatandır”.

Teqlər: