Xəbər - Fərid Zöhrabov – Trend:
Bu günə qədər Şuşa və Ağdam istiqamətində 8 reys həyata keçirilib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildiriblər ki, bu günə qədər Şuşa və Ağdam şəhərinin hərəsinə 4 reys həyata keçirilib.
Bakı→Şuşa→Bakı istiqamətində 47 (1 reys) , Əhmədbəyli→Şuşa→Əhmədbəyli 69 (3 reys), Bakı→Ağdam→Bakı 67 (2 reys), Bərdə→Ağdam→Bərdə 76 (2 reys) sərnişin daşınıb.
Qeyde dək ki, 24 yanvar tarixindən etibarən Bakı-Şuşa, Bakı-Ağdam, Əhmədbəyli-Şuşa, Bərdə-Ağdam istiqamətlərində şəhərlərarası müntəzəm avtobus marşrutları istifadəyə verilib. Reyslər Əhmədbəyli-Şuşa marşrutu üzrə həftədə 4 dəfə, digər isiqamətlər üzrə isə 2 dəfə olmaqla təşkil edilir. Füzuli Beynəlxalq Hava Limanı – Şuşa avtobus marşrutunun fəaliyyəti təyyarə aviareyslər ilə uzlaşdırılacaq.
Bilet satışı onlayn qaydada “Yolumuz Qarabağa” portalı vasitəsilə həyata keçirilir. Sərnişinlər gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda sifariş edirlər.