Rusiyanın “AvtoVaz” şirkəti “Lada X-Cross 5” krossoverlərinin satışını bu ilin sonuna qədər başlayacaq.
AzerTimes xəbər verir ki, bu barədə avtomobil şirkətinin rəhbəri Maksim Sokolov məlumat verib.
Solokovun sözlərinə görə, ilk avtomobillər Sankt-Peterburqda satışa çıxarılacaq:
“Maşının qiyməti dollar və yuanın məzənnəsindən asılı olacaq”.
Qeyd edək ki, “AvtoVaz” ötən ay Sankt-Peterburqdakı “Nissan” zavodunda Çinin “Faw Bestune T7” markalı avtomobilinin surəti olan yeni “Lada X-Cross 5” modelinin istehsalına başlayıb.