“Yeni Klinika”da vaksinasiya məntəqəsi fəaliyyətə başlayacaq

Xəbər - Samir Əli – Trend:

Əhali arasında yeni növ koronavirus (COVID 19) infeksiyası əleyhinə peyvənd vurdurmağa artan tələbatı nəzərə alaraq, vaksinasiya məntəqələrinin sayı artırılıb.

AzerTimes xəbər verir ki, xidmətin əlçatanlığını təmin etmək məqsədilə iyulun 15-dən etibarən “Yeni Klinika” tibb müəssisəsində “CoronoVac” və “Biontech/Pfizer” peyvəndlərinin vurulmasına başlanılacaq.

Məlumata əsasən, peyvənd məntəqəsi həftə içi 5 gün, səhər saat 9:00-dan axşam 16:00-a kimi fəaliyyət göstərəcək. Vaksinlərin tətbiqi canlı növbə əsasında həyata keçiriləcək.


Qeyd edək ki, “Yeni klinika” tibb müəssisəsi Heydər Əliyev prospekti, 142 ünvanında yerləşir.

Teqlər: