Yeni Kaledoniya sahillərində 6,6 bal gücündə zəlzələ baş verib.
AzerTimes-ın Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Yeni Kaledoniyanın inzibati mərkəzi Numea şəhərindən 530 kilometr şərqdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.
ABŞ-ın Tsunami barədə Milli Xəbərdarlıq Mərkəzi zəlzələdən sonra sunami təhlükəsinin olmadığını açıqlayıb.