Milli Məclisdə “Tarix, Müasir çağırışlar və Gözlənilən Gələcək” mövzusuna həsr edilmiş konfrans təşkil olunub.
AzerTimes xəbər verir ki, konfransda Milli Məclisin sədri Sahibə Qafarova, Yeni Kaledoniya Konqresinin İnfrastruktur, Ərazi Planlaşdırılması, Davamlı İnkişaf, Energetika, Nəqliyyat və Rabitə Komitəsinin sədri Naisseline Omayra və Milli Məclisin deputatları iştirak edirlər.
Qeyd edək ki, Yeni Kaledoniya Konqresinin İnfrastruktur, Ərazi Planlaşdırılması, Davamlı İnkişaf, Energetika, Nəqliyyat və Rabitə Komitəsinin sədri Naisseline Omayranın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasında səfərdədir.