Yeni işıq sayğaclarının balansını mobil telefonla artırmaq mümkün olacaq

NFC sayğaclara abonent mobil telefon ilə ödəniş edə bilər. Bununla da vətəndaş üçün ödəniş proseduru daha da rahat və asanlaşmış olur.

“Azərişıq” ASC-dən AzerTimes-a verilən məlumata görə, istifadə üçün telefona “Azərişıq” mobil tətbiqi endirilməlidir. Bu tətbiqdən istifadə etməklə balans artırılır, daha sonra yüklənəcək məbləğ qeyd olunur və telefonu sayğaca yaxınlşadıraraq ödəniş edilir.

Bu yenilik sayəsində abonent elektrik enerjisinin gündəlik sərfiyyatına da mobil telefonunda dəqiqliklə nəzarət edə biləcək.

NFC sayğacların digər müsbət tərəflərindən biri də odur ki, artıq “Azərişıq” ASC əməkdaşı tərəfindən ünvanda sayğacın aylıq oxunmasına da ehtiyac qalmır. Bu da abonentlə nəzarətçi arasında fiziki təması aradan qaldırır və şəffaflığı tam təmin edir.

Müasir texnologiyalardan istifadə, innovativ yeniliklərin tətbiqi “Azərişıq” ASC-nin əsas hədəfləri sırasındadır. NFC sayğacların istimara verilməsi də bu istiqamətdə atılan addımlardan biridir.

Teqlər: