“Apple” şirkətinin səhmlərinin qiyməti ötən axşam yeni “iPhone”ların təqdimatından sonra 1,36 faiz ucuzlaşıb.
Trend bu barədə Nyu-York fond birjasının məlumatlarına istinadən xəbər verir.
Bir səhmin qiyməti 150,35 dollardan 147,51 dollara düşüb. Qiymətdə ucuzlaşma təqdimatın başlanması ilə eyni vaxta təsadüf edib.
Qeyd edək ki, “Apple” ötən axşam “iPhone”, “iPad” və “Apple Watch” modellərini təqdim edib.