Yeni ilə könüllülərdən hədiyyələr ilə (FOTO)

“Azercell Könüllüləri” iki yüzə yaxın uşağı sevindirib

Fəaliyyətinin 25 illiyini qeyd etmiş “Azercell Telekom”-un yarandığı ilk illərdən əməkdaşları tərəfindən “Azercell Könüllüləri” adlı xeyriyyə təşəbbüslü böyük bir komanda formalaşdı. Ötən illərdə olduğu kimi, bu il də “Azercell Könüllüləri” Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibətilə uşaqlar üçün növbəti xeyirxah aksiyanı gerçəkləşdirib. Könüllülər “Yeni ilə könüllülərdən hədiyyələr ilə” adlı kampaniya çərçivəsində İkinci Vətən müharibəsində xalqımıza qələbə sevincini yaşadan şəhid və qazilərimizin ailələrini, həmçinin aztəminatlı ailələri ziyarət edərək onların övladlarını müxtəlif hədiyyələrlə sevindiriblər.

Qeyd edək ki, kampaniya haqqında “Azercell Könüllüləri”-nin sosial şəbəkə hesablarında öncədən məlumat verilib və təxminən bir ay ərzində təşəbbüsə qoşulan tərəfdaş şirkət və fərdi şəxslərin dəstəyilə həssas qrupa aid uşaqlar üçün hədiyyələr hazırlanıb.

“Yeni ilə könüllülərdən hədiyyələr ilə” aksiyası Azərbaycanın bir çox bölgəsini əhatə edib. Könüllülər paytaxtla yanaşı, Sumqayıt, Xocasən, Xırdalan, Saray ərazilərində yaşayan şəhid və qazi ailələrinə baş çəkiblər, Gəncə, Bərdə, Füzuli, Oğuz, Şamaxı, Lənkəran, Şirvan, Sabirabad, Mingəçevir, Qəbələ, Şəki, Goranboy və Naftalanda yaşayan uşaqları da unutmayıblar. Ümumilikdə, Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibətilə müxtəlif yaş kateqoriyasından olan həssas qrupa aid 200-ə yaxın uşağa bayram sovqatı paylanılıb.

Xatırladaq ki, ötən illərdə də bayram münasibətilə könüllülər tərəfindən oxşar kampaniyalar həyata keçirilib. Uzun müddətdir ki, ölkəmizdə xeyriyyəçilik ənənələrinin inkişafı istiqamətində fəaliyyətini davam etdirən “Azercell Könüllüləri” bu aksiyalara dəstək verən tərəfdaş şirkət və sosial şəbəkə izləyicilərinə öz təşəkkürünü bildirir, növbəti təşəbbüslərdə də hər kəsi həmrəy olmağa çağırır.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Hazırda 5 milyon abunəçi Azercell-i seçir. Bazar payı 49%, ölkə ərazisi üzrə əhatə dairəsi: 94,25%, ölkə əhalisi üzrə əhatə dairəsi: 98,73% təşkil edir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Platin Sertifikatına layiq görülən yeganə şirkətdir. Eyni zamanda Beynəlxalq Biznes STEVIE Mükafatlarının “İlin kommunikasiya şirkəti” nominasiyası üzrə ən yüksək pillədə qərarlaşaraq Qızıl Stevie mükafatı alan ölkənin yeganə şirkətidir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G , mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. Mobil operator “Bakutel 2019” sərgisi çərçivəsində Azərbaycanda ilk dəfə pilot rejimdə 5G texnologiyasının sınaqlarını keçirib. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir.

Teqlər: