Azərbaycanda əlamətdar günlərdə, xüsusən Yeni il ərəfəsində əfv sərəncamı imzalanır.
Bəs bu il də əfv sərəncamı gözlənilirmi?
AzerTimes xəbər verir ki, Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev Oxu.az-a açıqlamasında bildirib ki, mövcud praktikaya əsaslansaq, bu dəfə Yeni il ərəfəsində əfv sərəncamının olacağı gözlənilmir:
“Bu il Novruz bayramı ərəfəsində əfv sərəncamı olub. Eyni zamanda Milli Məclisin 2021-ci il noyabrın 5-də keçirilən iclasında 8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərar qəbul edilib. Amnistiya Aktı Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul olunub və elan olunan Amnistiya Aktının icrası bu il mart ayının 5-də başa çatıb. Bu səbəbdən praktikaya dayanaraq növbəti əfv sərəncamının olacağı güman edilmir”.