Yeni il gecəsi təcili yardıma müraciətlərdə xüsusi hal qeydə alınmayıb

Xəbər - Çingiz Səfərli – Trend:

Yeni il gecəsi elə də xüsusi hal qeydə alınmayıb.

Trend xəbər verir ki, bunu Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməliyyat işləri üzrə baş həkimin müavini Nuridə Fərzəliyeva Səhiyyə Nazirliyinin “Instagram” səhifəsində canlı yayımda deyib.

Onun sözlərinə görə, qida ilə əlaqədar zəhərlənmə isə ümumiyyətlə qeydə alınmayıb.

“Nəqliyyat hadisələrində qeyri-adi hadisə baş verməyib. Müntəzəm növbətçilik təşkil olunmuşdu. Bayram olmasına baxmayaraq təili yardım xidməti nəzarət altında idi. Gecikmələrlə bağlı xırda nüanslar oldu, amma normal şəkildə başa vurmağa çalışdıq”.

Teqlər: