2024-cü ilin xoşbəxtlik və firavanlıq gətirməsi üçün onun başlanğıcını düzgün geyimdə qarşılamaq vacibdir.
AzerTimes xəbər verir ki, ukraynalı astroloq və ekstrasens Maks Qordeyev Yeni il paltarının uğurlu rənglərindən danışıb.
“Yaşıl – ilin simvolu Yaşıl Əjdaha olduğundan, Yeni il paltarının ən xoşbəxt rəngidir. Yaşıl bolluq, firavanlıq, harmoniya və həyatın yenilənməsi simvolu hesab olunur.
Bənövşəyi – parlaq və xoşbəxt rəng olaraq Çin bürcünün zövqlərinə tam uyğun gəlir. Geyimdəki bənövşəyi rəng mənəvi enerjini və mənəvi yaraların sağalmasını simvollaşdırır.
Qızılı – 2024-cü ildə həyatınıza maliyyə bolluğu və maddi rifah cəlb edəcək”, – o bildirib.
Qordeyevin fikrincə, Yeni il geyimində istifadəsi tövsiyə edilməyən rənglər ağ, sarı, qəhvəyi və mavidir.