Yeni Gəncə qəsəbəsində bəzi əraziləri su basıb, fəsadlar aradan qaldırılıb.
Bu barədə AzerTimes-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, nazirlik intensiv yağıntıların törətdiyi fəsadların aradan qaldırılması istiqamətində zəruri tədbirlər görür. Belə ki, FHN-in “112” qaynar telefon xəttinə Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivində intensiz yağışlar nəticəsində bəzi ərazilərin subasmaya məruz qalması barədə məlumat daxil olub. Bununla əlaqədar FHN-in Gəncə Regional Mərkəzinin qüvvələri yağıntıların törətdiyi fəsadların aradan qaldırılması işlərinə cəlb olunub.
FHN-in qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilib.