Nobel Energy qrup şirkəti olan Oil & Gas Proserv (OGP) ilə
EnerMech şirkətləri arasında yaradılmış yeni birgə müəssisə
(EnerMech OGP) regionda 3 milyon ABŞ dolları dəyərindəki ilk iki
müqaviləsinə imza atıb.
Şirkətin biznesin daha da böyüməsinə dəstək vermək üçün və yerli
işçilərin işlə təmin olunması və inkişaf etdirilməsi ilə bağlı
öhdəliyinə uyğun olaraq, növbəti aylarda işə qəbulda artımın baş
verməsi gözlənilir.
EnerMech qlobal kompleks mexaniki, elektrik, alətlər və
bütövlüyün təmin edilməsi xidmətləri üzrə ixtisaslaşmış şirkətdir.
Şirkətin Xəzər regionunda Gürcüstan və Qazaxstanda obyektləri
mövcuddur. EnerMech Azərbaycanda fəaliyyət göstərdiyi 12 il ərzində
azərbaycanlı kadrları işə götürərək və inkişaf etdirərək, sektorda
öz fəaliyyətini və insan kapitalına qoyduğu sərmayəsini
artırmışdır.
Yeni EnerMech OGP birgə müəssisəsi (BM) EnerMech şirkətinin
kompleks təchizat, əməliyyatlar, təmir və mühəndislik üzrə həll
yolları və ixtisaslar təminatı ilə bərabər, OGP şirkətinin yerli
təcrübəsi, texnologiyaları və neftin verimliliyinin artırılması
sahəsindəki səmərəli idarəetmə bacarıqlarından faydalanacaq.
2 milyon ABŞ dolları dəyərindəki ilk müqaviləyə əsasən, gələn il
fəaliyyətə başlayacağı zaman gündəlik 100 000 barel neft hasilatını
təmin edəcək; ümumi istismar müddəti ərzində isə 300 milyon barel
neftin hasil olunması proqnozlaşdırılan; dəniz platformasının və
qurğuların daxil olduğu son dərəcə əhəmiyyətli bir sahənin
işlənməsi layihəsi üçün mühəndislik, sürtgü yağları ilə yuyulma,
akkumulyatorun doldurulması və N2 He sızma testi xidmətləri
göstərəcəkdir.
Dəyəri 1 milyon ABŞ dolları məbləğində olan ikinci müqavilə
çərçivəsində Abşeron qaz-kondensat yatağının işlənməsinə dəstək
göstəriləcəkdir. Bakıdan 100 km cənubda yerləşən Abşeron qaz
yatağının ehtiyatları 350 milyard kubmetr qaz və 45 milyon tondan
çox kondensat həcmində qiymətləndirilir. Əməkdaşlıq çərçivəsində
layihədə görüləcək işlərin həcminə mühəndislik, flansın idarə
olunması, N2 He sızma testi, qurutma və platformanın üst modulları
üçün boruların və çənlərin inertizasiyası (boşaldılması) xidmətləri
daxildir.
OGP şirkətinin baş direktoru Eldar Məhərrəmov deyib: “OGP 17 il
öncə Azərbaycanda neft və qaz sənayesinə yeni texnologiyaların,
səmərəli idarəetmənin və yerli təcrübənin gətirilməsi məqsədilə
qurulmuşdur. Biz EnerMech şirkəti ilə səylərimizi birləşdirməkdən
məmnunuq, belə ki, əməkdaşlığımız imkanlarımızın və bacarığımızın
effektivliyini ikiqat artırmaqla, yeni strateji müqavilələr üçün
göstərdiyimiz xidmətlərin keyfiyyətini və səmərəliliyini
artıracaqdır.
Yeni birgə müəssisənin imzaladığı müqavilələr çərçivəsində
EnerMech ilə birgə işləməyi və əməkdaşlığımızın hazırda da davam
edən yerli kadrların işəqəbulunun artmasına göstərəcəyi təsirini
səbirsizliklə gözləyirik.”
EnerMech şirkətinin Yaxın Şərq və Xəzər dənizi üzrə regional
direktoru Pol Kokeril deyib: “EnerMech 2010-cu ildə aparıcı kran
əməliyyatları və qaldırılma xidmətlərinin göstərilməsi üzrə
müqaviləsini imzaladıqdan bu yana regionda fəaliyyət göstərir.
Həmin tarixdən bizim regionda əsas xidmətlərimiz üzrə fəaliyyətimiz
genişlənməkdə davam edir və yerli işçi qüvvəsinin ixtisaslarını
artırmaq məqsədilə biz onlarla biliyimizi, ən yaxşı təcrübəmizi və
təhlükəsizlik üzrə bacarıqlarımızı bölüşürük.
OGP ilə birgə yaradılmış müəssisə əlavə istedad və
texnologiyalarla bizim mövcud komandalarımızı, xidmətlərimizi və
məhsullarımızı tamamlayaraq, bacarıqlarımızı daha da genişləndirdi.
Hər iki layihənin icra edilməsinə tezliklə başlandıqdan sonra,
yaxın aylar ərzində biz daha çox Azərbaycan vətəndaşını işlə təmin
etməyi planlaşdırırıq.
Hər iki müqavilə biznes baxımından uduşlu layihələrdir və bizim
regionda strateji böyüməyimizə dəstək verir. Biz qurğu və
avadanlıqlarımızı daha da yaxşılaşdırmaq baxımından yeni
avadanlıqların alınmasına bir milyon ABŞ dolları məbləğində sərmayə
qoymuşuq. Belə bir sanballı infrastruktura sahib olmaqla, biz
regiondakı mövcud müştərilərimizlə münasibətlərimizi davam
etdirmək, habelə yeni əlaqələr qurmaq istəyirik.”
EnerMech:
2008-ci ilin aprel ayında qurulan EnerMech şirkəti beynəlxalq
enerji və infrastruktur sektorlarına istismara təhvildən öncəki
işlərdən, əməliyyatlara və texniki dəstəyə qədər və daha sonrakı
mərhələlər də daxil olmaqla, kompleks mexaniki, elektrik, alətlər
və bütövlüyün qorunması xidmətlərini göstərir.
EnerMech rəqib şirkətlərin təklif edə biləcəyindən daha aşağı
qiymətlərlə daha təhlükəsiz, müştəri yönümlü, çevik, eyni zamanda
daha yüksək səviyyədə mühəndislik və texniki dəstək xidmətlərinin
göstərilməsinə fokuslanıb. 2018-ci ilin dekabr ayında EnerMech
NASDAQ siyahısında yer alan, qlobal aktivlərin idarəedilməsi
şirkəti – Carlyle Group tərəfindən alınmışdır.
EnerMech əsas xidmət sahəsi olan – kran və qaldırılma; elektrik
və avadanlıq; avadanlıqların kirayə verilməsi; elekrik və alətlər;
avadanlıqların icarəsi; hidravlik məhsullar və xidmətlər; sənaye
xidmətləri; proses, boru kəməri və hasilat sistemi (PPU);
texniki-profilaktik baxım və bütövlüyün təmin edilməsi xidmətləri;
təlim və klapanların təchizatı və xidmətləri sahəsində kompleks
təchizat, əməliyyatlar, texniki-profilaktik xidmət və mühəndislik
həll yolları təmin edir.
Baş ofisi Aberdin şəhərində yerləşən qrupun Böyük Yarmut,
Bristol (Böyük Britaniya); Stavancer, Hyuston, Pasadena, Sulfur,
Kasper, Uilliston (ABŞ), Qayana, Trinidad, Meksika, Əbu-Dabi, İraq,
Qətər, Saudiyyə Ərəbistanı, Azərbaycan, Qazaxstan, Sinqapur; Pert,
Melburn, Sidney, Brisben, Darvin, Qladston, Çinçilla (Avstraliya);
Malaziya, Çin, Cənubi Koreya, Hindistan, Qana, Nigeriya, Anqola və
Cənubi Afrikada öfisləri var.
Enermech haqqında daha ətraflı məlumat üçün: www.enermech.com
OGP:
Nobel Energy qrup şirkəti olan Oil & Gas ProServ (OGP) 2005-ci
ildə neft və qaz sənayesinə yeni texnologiyaları, səmərəli
idarəetməni və yerli təcrübəni gətirmək məqsədilə qurulmuşdur. OGP
şirkətinin göstəridyi xidmətlər arasında yataqların işlənməsi üzrə
tədqiqat; proqressiv vintli nasosların quraşdırılması, tətbiqi və
onlara texniki xidmət; neft yatağı avadanlıqları üçün korroziya
əleyhinə həll yolları; quyularda kompleks plastik perforasiya
texnologiyalarının tətbiqi, eləcə də, yetkin neft sahələrindən
quyuların neftvermə qabiliyyətinin artırılmasına imkan verən yeni
texnologiya və üsulların tətbiqi yer alır.
OGP haqqında daha ətraflı məlumat üçün: www.nobelenergy.com/subsidiaries/oil-gas-proserv