Yeni enerji nizamı: yuan dolları sıxışdırmağa başlayır

Yeni enerji nizamı: yuan dolları sıxışdırmağa başlayır

Çinin Fars körfəzi ölkələrindən yuanla neft almağa hazır olması dünyada yeni enerji nizamının formalaşmasına səbəb olacaq.

AzerTimes xəbər verir ki, bu barədə “Faynənşl Tayms”a İsveçrənin “Kredit Suisse” bankının analitiki Zoltan Pozhar deyib.

O bildirib ki, Çin yuanla İran, Venesuela, Rusiya və bəzi Afrika ölkələrindən xam neft və mayeləşdirilmiş təbii qaz alışını artırır. Lakin “neft yuanının doğulması” Çin Prezidenti Si Szinpinin dekabrda Fars Körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurası ölkələrinin başçıları ilə görüşü ilə bağlı olub. Məhz o zaman Szinpin Pekinin Fars Körfəzi Əməkdaşlıq Təşkilatı ölkələrinə öz milli valyutası ilə ödəniş etməyə hazır olduğunu elan edib.

Pozhar qeyd edib ki, Çin və Fars Körfəzi Əməkdaşlıq Təşkilatı arasında tərəfdaşlıq Cənubi Çin dənizində neft və qazın birgə kəşfiyyatı və hasilatını, həmçinin neft emalı zavodlarına, kimya zavodlarına və plastik məhsullara investisiyaları əhatə edə bilər. Bu layihələrin yuanla həyata keçirilməsi qlobal enerji ticarətində böyük dəyişiklik olacaq.

Teqlər: