Yeni əks-hücum əməliyyatının məqsədi bu olacaq – Ukrayna

Yeni əks-hücum əməliyyatının məqsədi bu olacaq – Ukrayna

Ukrayna ordusu yazda əks-hücum əməliyyatına hazır olacaq.

AzerTimes xəbər verir ki, bunu Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəis müavini Vadim Skibitski deyib.

“Hücumun konkret başlanma vaxtı Qərb silahlarının gəlməsindən asılıdır. Əks-hücumun strateji məqsədlərindən biri cənubda Rusiya cəbhəsinə – Krım və materik arasına zərbə endirmək cəhdi olacaq. Əməliyyatın məqsədi Ukraynanın bütün işğal olunmuş ərazilərini, o cümlədən Krımı azad etməkdir. Biz yalnız o zaman dayanacağıq ki, ölkəni 1991-ci il sərhədləri daxilində bərpa edək”, – Skibitski bildirib.

Teqlər: