Yeni dövr: hansı islahatları gözləyirik? – Ekspert

Yeni dövr: hansı islahatları gözləyirik? – Ekspert

ReAL İH üzvü, iqtisadçı ekspert Natiq Cəfərli 7 fevral seçkisindən sonra Azərbaycanda mümkün islahatlarla bağlı gözləntilərini açıqlayıb.

AzerTimes xəbər verir ki, o, Prezidentin yanvar ayında TV-lərə verdiyi müsahibədə ölkədə yeni dövrün başlayacağı haqda açıqlamasına istinad edərək, bu dəyişiklikləri arzuladığını bildirib:

1. İcara Hakimiyyəti ləğv olnunur, Böyük Şəhər bələdiyyələri təsis olunur, mer seçkiləri olur;

2. Yerli özünüidarə orqanları gücləndirilir, öz büdcələri, vergilərdən payı və hesabatlılığı olur, yəni onlara həm səlahiyyət yerilir, həm də məsuliyyət yüklənir;

3. İnzibati ərazi quruluşu dəyişdirilir, Prezident fərmanı ilə təsis edilmiş 14 iqtisadi rayon inzibati ərazi vahidinə çevrilir;

4. Proporsional seçki sistemi bərpa edilir, hökumət parlamentdən çıxır;

5. Prezident yüksək səlahiyyətlərlə dövlət başçısı olur, xarici siyasət, təhlükəsizlik, ordu, inzibati ərazi vahidlərində şəxsi nümayəndə – bütün bunlar Prezidentin səlahiyyətində olur. Prezident indi həm də hökumət başçısıdır, bu doğru deyil, sosial-iqtisadi məsələlərə cavabdeh olan hökumət parlamentdən çıxmalıdır və məsuliyyəti də onlar daşımalıdırlar. Parlamentin hökumətə nəzarət funksiyası təkmilləşdirilməlidir;

6. Məhkəmə hakimiyyəti 33% Prezidentin təqdimatı, 33% parlamentin təyinatı, 33% də məhkəmə-hüquq camiyyəsi tərəfindən formalaşdırılmalıdır;

7. Naxçıvanın statusu ləğv edilməlidir, unitar dövlətdə muxtar əraziyə ehtiyac yoxdur;

8. Yeni, sıfırdan vergi və gömrük məcəllələri qəbul edilməlidir, hədəf də ancaq iqtisadi liberallaşma və iqtisadi aktivliyin artırılması olmalıdır;

9. Prezident ilk olaraq parlament seçkilərində qalib gəlmiş partiyaya hökumətin qurulmasını tapşırmalı, onların təqdim etdiyi siyahını qəbul etdikdə parlamentin təsdiqinə yollamalıdır. Əgər 1-ci yer tutan partiya hökumət qura bilmirsə, sonra növbə ilə bu səlahiyyət 2-ci, 3-cü və s. yeri tutan partiyalara həvalə edilməlidir;

10. Ölkənin beynəlxalq imicinin yaxşılaşdırılması üçün haqq-azadlıqlarla bağlı yeni konstitutsion güvən mexanizmləri yaradılmalıdır.

Ekspert vurğulayıb ki, Azərbaycanın suverenleyi, ərazi bütövlüyü ən pozitiv, hətta fantastik dərəcədə pozitiv ssenari ilə öz həllini tapdı:

“İndi məmləkətin iki əsas problemi var – sülh müqaviləsinin imzalanması və rifah dövlətinin yaradılması. Bu hədəflərə çatmaq üçün yeni “oyun qaydalarınn” təsis edilməsi olmazsa-olmazdı”.

Teqlər: