Xəbər - Samir Əli – Trend:
Azərbaycanda uşaqlar arasında ən çox ağırlaşma və ölüm halları məhz yenidoğulma dövründə qeydə alınır.
AzerTimes-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin pediatriya sahəsi üzrə mütəxəssis-eksperti Erkin Rahimov deyib.
O bildirib ki, yenidoğulma dövründə körpələrdə daha çox tənəffüs və ürək problemləri müşahidə olunur: “Bir körpə nəfəsalmada çətinlik yaşayırsa, bu, tənəffüs probleminin əlaməti ola bilər. Yenidoğulma zamanı sarılıq problemləri də müşahidə olunur. Qıcolma, göyərmə və sidiyə çıxmama təhlükə mənbəyidir”.