Yeni doğulan körpələrin 53,2 faizi oğlandır

Xəbər - Elçin Mehdiyev – Trend:

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin ilk iki ayı ərzində Azərbaycanda 20984 doğulmuş körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 13,0 təşkil edib.

AzerTimes-ın məlumatına görə, doğulanların 53,2 faizi oğlan, 46,8 faizi isə qız uşaqlarıdır.

Körpələrdən 510-u əkiz, 9-u isə üçəm doğulanlardır.


2021-ci ilin yanvar-fevral aylarında ölkədə 13338 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 8,2 təşkil edib.

Teqlər: