Yeni baş nazir: Kosova ölkənin tərkibində qalacaq

Yeni baş nazir: Kosova ölkənin tərkibində qalacaq

Serbiyanın Baş naziri Ana Brnabiçin başçılıq etdiyi yeni hökumətin üzvlərinin andiçmə mərasimi olub.

AzerTimes xəbər verir ki, yeni Baş nazir Ana Brnabiç andiçmə mərasimindən sonra mühüm açıqlamalar verib.

“Mən Serbiya Respublikasına sədaqətlə and içirəm və şərəfimlə konstitusiyaya və qanunlara əməl etməyi öhdəmə götürürəm, hökumət üzvü vəzifəmi vicdanla, məsuliyyətlə yerinə yetirəcəyəm. Kosova və Metoxiyanı ölkənin bir hissəsi kimi qoruyub saxlanmağa sadiq qalacağam”, – Branbiç qeyd edib.

Teqlər: