Almaniya Federal Kansleri Olaf Şoltsun Ukraynanın AB-yə üzv olması ilə bağlı bəyanatı “tsaytenvende” və ya “dövrlərin dəyişməsi” siyasəti çərçivəsində mühüm siyasi manifestdir.
AzerTimes xəbər verir ki, bunu Ukraynanın Baş naziri Denis Şmıqal Teleqram kanalında yazıb.
“Ukrayna artıq AB və Rusiya arasında deyil, Avropa və Avropa institutlarının ayrılmaz hissəsidir. Biz birlikdə güclü Avropanın bir hissəsi kimi yeni inkişaf etmiş Avropa Ukraynasını quracağıq”, – Şmıqal bildirib.