“Əmək və məşğulluq” altsistemi vasitəsilə 100 minə yaxın
vakansiya real vaxt rejimində toplanacaq və bu, bizə imkan verəcək
ki, işsiz şəxslər işlə təmin olunsunlar.
AzerTimes-ın məlumatına görə, bunu Dövlət Məşğulluq Agentliyinin
sədri Mustafa Abbasbəyli deyib. Onun sözlərinə görə, yeni sistem
vasitəsilə kadr axtarışında yeni reallıq formalaşacaq.
“Vakant iş yerinə ən uyğun işçi insan faktoru olmadan
uyğunlaşdırılacaq. Bu sistemlə kadr potensialının formalaşmasında
yeni yanaşma olacaq”.
M.Abbasnəbəyli qeyd edib ki, sistem vasitəsilə gələcəkdə
işəgötürənlərin səhv ehtimalı, işçilərin hüquqlarının pozulması
minumuma endiriləcək.
“Bunun nəticəsində fiziki yoxlamaların sayı azalacaq. Toplanan
məlumatlar əsasında gələcəkdə əmək bazarının təhlilərini apara
biləcəyik”.