Bu dəfə Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərləri və Abşeron rayonu ilə yanaşı son günlər (güya) virusun yayılmasında artım müşahidə olunan Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonları ərazisində də sərtləşdirilmiş karantin rejimi olacaq.
Sakinlər qeyd olunan müddətdə yaşayış yerlərini həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandığı halda, eləcə də təxirəsalınmaz tibbi yardıma ehtiyac olduqda yalnız təcili tibbi yardım xidməti vasitəsilə, habelə yaxın qohumların dəfnində iştirak etmək üçün Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti – Zəng Mərkəzi vasitəsi ilə icazə almaqla tərk edə bilər.
Çörək məsullarının istehsalı 15 iyun saat 16:00-dan etibarən bərpa olunacaq.