Yəmənin baş naziri istefa verdi

Yəmənin baş naziri istefa verdi

Yəmənin Baş naziri Əhməd Avad bin Mübarək istefa verib.

AzerTimes xəbər verir ki o, bu barədə sosial şəbəkədə bildirib.

“Prezident Şurasının rəhbəri Rəşad əl-Alimi ilə görüşümü başa çatdırdım və ona baş nazir vəzifəsindən istefa ərizəmi təqdim etdim”, – bin Mübarək qeyd edib.

O, istefa qərarını “konstitusiya səlahiyyətlərini yerinə yetirmək və hökumətdə dəyişikliklər etmək iqtidarında olmaması” ilə izah edib, eləcə də işində çoxlu çətinliklərlə üzləşdiyini vurğulayıb.

Qeyd edək ki, Əhməd Avad bin Mübarək 2024-cü ilin fevral ayının əvvəlində Yəmənin Baş naziri təyin edilmişdi.

Teqlər: