Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb koalisiyasının hava hücumundan müdafiə bölmələri Yəməndən Krallığın ərazisinə atılan ballistik raketləri vurub.
Trend xəbər verir ki, bu barədə “Sky News Arabia” telekanlı məlumat yayıb.
Məlumata əsasən, koalisiya öz bəyanatında husiləri “mülki şəxsləri və obyektləri qəsdən atəşə tutmaqda” ittiham edib:
“Beynəlxalq hüquqa uyğun olaraq təhlükə mənbələrinin aradan qaldırılması üçün bütün təxirəsalınmaz tədbirləri həyata keçiririk”.