Yəmənin şimal-qərbindəki Həccə əyalətində minanın partlaması nəticəsində azı 10 əsgər həlak olub.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə Səudiyyə Ərəbistanı sərhədi yaxınlığındakı Həccənin strateji bölgəsində husi üsyançıları tərəfindən qoyulmuş minanın partlaması nəticəsində baş verib.
Partlayış nəticəsində hökumətyönlü qüvvələrin hərbi maşını məhv edilib.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın hava hücumlarının dəstəyi altında Yəmən hökumət qüvvələri son vaxtlar husi üsyançıları ilə şiddətli döyüşlər aparır.