Yəməndə keçirilmiş əməliyyat zamanı əl-Qaidə komandiri zərərsizləşdirilib

“Əl-Qaidə” terror təşkilatının Yəməndə fəaliyyət göstərən
qolunun yüksək səviyyəli komandiri şənbə günü ölkənin
cənub-şərqindəki Hadramut əyalətində yerli təhlükəsizlik
qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində
zərərsizləşdirilib.

Trend xarici
KİV-ə istinadla xəbər verir ki, “Əl-Qaidə”-nin adı açıqlanmayan
üzvü terror hücumlarında iştirak etdiyinə görə təhlükəsizlik
qüvvələri tərəfindən axtarışda olub.

Təşkilatın Yəməndə fəaliyyət göstərən şəbəkəsi (AQAP) ölkənin
cənub əyalətlərində təhlükəsizlik qüvvələrinə qarşı hücumlar
törədib.

AQAP Yəmən hökuməti ilə Husilər arasında uzun illər davam edən
münaqişədən istifadə edərək ölkədə fəaliyyət şəbəkəsini
genişləndirməyə çalışır.