Yəmənin şimal-qərbində ABŞ istehsalı olan pilotsuz təyyarə vurulub.
AzerTimes xəbər verir ki, bu barədə “Əl Məyadin” telekanalı yerli mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, “MQ-9 Reaper” pilotsuz təyyarəsi husilərin nəzarətində olan Səada əyaləti üzərində səmada vurulub.