Yəməndə Taiz sahillərində miqrantları daşıyan qayığın batması nəticəsində 13 nəfər ölüb, 14 nəfər isə itkin düşüb.
AzerTimes xəbər verir ki, bu barədə BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) X sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.
Qeyd olunub ki, ölənlər arasında 11 kişi və 2 qadın var. Həlak olanların cəsədləri Bab əl-Məndeb sahillərində tapılıb.