Yəmən sahillərində daha bir gəmiyə hücum olub.
AzerTimes xəbər verir ki, bu barədə Birləşmiş Krallıq Dəniz Ticarət Əməliyyatları (UKMTO) məlumat yayıb.
“UKMTO-ya Cibutidən 60 dəniz mili şimalda (Babül-Məndəb boğazında) baş vermiş insident barədə məlumat verilib. Səlahiyyətli şəxslər hadisə ilə bağlı vəziyyəti araşdırır. Gəmilərə ehtiyatlı olmaq və istənilən şübhəli fəaliyyət barədə UKMTO-ya məlumat vermələri tövsiyə olunur”, – bildirilib.
Əlavə məlumat verilmir.