Xəbər - Trend6
Yəmən ordusu ilə Husilər arasında Maribdə gedən döyüşlərdə 80-dən çox insan ölüb.
Trend Xinhua agentliyinə istinadən xəbər verir ki, Yəmənin mərkəz əyaləti Maribdə iki tərəf arasında gedən döyüşdə ümumilikdə 74 husi üsyançı və Yəmən ordusunun 8 əsgəri öldürülüb.
Döyüşlər hökumətin nəzarətində olan Marib şəhərinin mərkəzindən təxminən 60 kilometr cənub-qərbdə Harib bölgəsindəki cəbhə xəttində baş verib. Lamaa adlanancəbhə xətti Marib şəhərinə və neft yataqlarına gedən əsas yoldadır.
Husilər Səudiyyə Ərəbistanının dəstəklədiyi Yəmən hökumətinin son şimal qalası olan neftlə zəngin vilayəti ələ keçirmək üçün fevral ayında Maribə qarşı böyük hücuma başladılar.