Yeltsin 30 il əvvəl Klintona nə təklif etmişdi? – Məxfi sənəd

Yeltsin 30 il əvvəl Klintona nə təklif etmişdi? – Məxfi sənəd

Rusiyanın keçmiş prezidenti Boris Yeltsin 1994-cü il yanvarın 14-də Novo-Oqarevoda amerikalı həmkarı Bill Klintonla görüşündə deyib ki, Rusiya NATO-nun genişlənməsi halında alyansa ilk qoşulan ölkə olmalıdır.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ Milli Təhlükəsizlik Arxivi tərəfindən məxfilikdən çıxarılan stenoqramda qeyd olunub.

“ABŞ, Rusiya və Avropa ölkələri də daxil olmaqla, beynəlxalq təhlükəsizliyin möhkəmlənməsinə kömək edəcək bir növ kartel yaratmaq lazımdır. Moskvanı Mərkəzi və Şərqi Avropanın digər ölkələri də izləməlidir”, – Yeltsin bildirib.

Stenoqramda Klintonun Rusiya liderinin təklifinə cavabı çox təmkinli görünür. O, Rusiyanın böyüklüyü mövzusuna toxunur, lakin Yeltsinin təklif etdiyi ölkələrin birləşməsi və ya dövlətin NATO-ya üzvlüyü ideyasından bəhs etmir.

ABŞ prezidenti rusiyalı həmkarına iki ölkə arasında münasibətlərdə nəzərdə tutulan kursun davam edəcəyi təqdirdə onların qarşısında açılacaq unikal imkan barədə danışıb:

“Biz Avropaya bir əsrlik sülh və ya daha çox zəmanət verə bilərik”.

Teqlər: