“Yelo Bank”dan gələcəyin İT mütəxəssisləri üçün öyrədici və təcrübə qazandıran proqram

İT sahəsi sürətlə inkişaf edir və bu sahə üzrə mütəxəssislərə
tələb hər gün daha da artır. Əgər siz də özünüzü və gələcək
karyeranızı İT sahəsində görürsünüzsə, Yelo Bankın yeni layihəsi
məhz sizin üçündür. “Yelo IT Lab” proqramı dinamik və potensial
gənclərə həm İT sahəsini öyrədəcək, həm real təcrübə qazanmaq
imkanı yaradacaq.

İstedadlı və motivasiyalı son kurs tələbələri və universiteti
yeni bitirmiş məzunlar bu tədris-karyera proqramına qoşula
bilərlər. Proqramda iştirak etmək üçün heç bir təcrübə tələb
olunmur. Proqram maliyyə və İT üzrə 20 ildən çox beynəlxalq
təcrübəyə malik «GNI Software» şirkəti ilə birgə həyata keçirilir.
3 aylıq proqram çərçivəsində Yelo Bank-ın və İT həlləri üzrə
ixtisaslaşmış «GNI Software» şirkətinin peşəkar əməkdaşları
tərəfindən təlimlər keçiriləcək. Təlim sonrası isə Bank-ın
komandası ilə “Agile” metodologiyasında real iş mühiti ilə tanış
olacaqlar. Proqramının sonunda seçilmiş iştirakçılar Yelo Bank-da
işlə təmin olunacaq.

“Yelo IT Lab” proqramında iştirak etmək üçün tələb olunan
meyarlara uyğun namizədlər 28 aprel, 2022 tarixinə kimi https://bit.ly/ylpsdcv linki
vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Yerlər məhduddur, bu şansdan yararlanmağa tələsin. Hər kəsə
uğurlar!

Əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya
Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın
cavablandıraq! Yelo Bank
vakansiya
elanları ilə rəsmi veb-saytda tanış ola
bilərsiniz.

Yelo Bank – Parlaq bankçılıq!

Teqlər: