Yelo Bank “Walk and Talk” mentorluq layihəsini həyata keçirdi (FOTO)

Yelo Bank rəhbərliyinin tələbələr üçün mentorluq layihəsi

Yelo Bankın 2021-ci il üçün Korporativ Sosial Məsuliyyət strategiyasının əsas istiqamətlərindən biri gənclər və onlara dəstək məqsədli layihələrdən ibarətdir. İlin əvvəlindən başlayaraq Yelo Bank komandası ölkənin aparıcı Universitetlərinin tələbələri, Gənclər təşkilatları üçün tanışlıq sessiyaları, motivasiya, mentorluq və müxtəlif təcrübə layihələrinə start verib.

Gənclərlə layihələrimizin davamı olaraq Yelo Bank komandası ilk canlı tədbir – “Walk and Talk” səyyar mentorluq layihəsini həyata keçirdi. Bu tip layihələr təmiz hava, gəzinti və mentorluq kimi üç meyarı özündə cəmləşdirir. Həmçinin, özünü yenidən kəşf etmək, mentorun təcrübəsinə əsaslanaraq həm həyata, həm də karyeraya yeni baxış əldə etmək kimi xüsusiyyətlərə malikdir.

Gəzinti zamanı tələbələr Rəhbər-mentorun peşəkar məsləhətlərini dinlədilər, bank sistemində karyera qurmaq üçün tələb olunan bacarıqlar haqqında tövsiyyələr aldılar, bərabər kvest tapşırıqları yerinə yetirdilər və proqramın sonunda səhər yeməyi yedilər.

Layihədə Yelo Bankın İdarə heyətinin sədri Anar Həsənov, İdarə heyətinin sədr müavinləri Günay Cəlilova, Emil Duşdurov və Yaşar Kərimov mentor qismində tələbələrlə görüşərək öz təcrübələri ilə bölüşüb, gənclərə faydalı məsləhətlər verdilər.

Proqrama Yelo Bank ilə əməkdaşlığa başlamış Universitetlərin tələbələri qoşulub və layihədə iştirak etmək üçün özləri haqda video-təqdimat hazırlayıblar. Müsabiqə böyük marağa səbəb olmuş və bir çox tələbə layihədə iştirak etmək üçün öz təqdimat videolarını hazırlayıb göndərmişdi. Təqdimat videolarının hazırlanmasında xüsusi kreativlik göstərən tələbələr qalib seçilərək layihəyə dəvət olundular.

Əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya FacebookInstagram hesablarımıza yazın, məmnuniyyətlə cavablandıraq!

Yelo Bank – Parlaq Bankçılıq.

Teqlər: