Yelo Bank tələbələrə karyera imkanları yaratmağa davam edir

Yelo Bank 2021-ci il üçün Korporativ Sosial Məsuliyyət strategiyasının əsas istiqamətləri olan gənclər və onlara dəstək məqsədli layihələri davam edir. Ölkənin aparıcı Universitetlərinin tələbələri üçün tanışlıq sessiyalarından növbətisi 7 aprel tarixində Azərbaycan Turizm və Menecment Universitetinin tələbə və məzunları üçün təşkil edildi. Karantin dövrünün qaydalarını nəzərə alaraq görüş onlayn qaydada, videokonfranslar formasında həyata keçirilir.

Tanışlıq məqsədi daşıyan sessiya çox böyük marağa səbəb oldu və 76 tələbə və məzunun aktiv iştirakı ilə keçdi. Təqdimat zamanı Yelo komandası bank haqqında məlumatlar, Yelo dəyərləri və karyera imkanları haqqında məlumat verdi. Sual-cavab sessiyası ilə davam edən tədbirin sonunda seçilmiş tələbələr Yelo Bank-dan hədiyyələr qazandılar.

Tədbirlərin əsas məqsədi gənclərin iş həyatına inteqrasiyasına dəstək olmaq, onlara bankçılıq üzrə mentorluq etməkdir. Layihə çərçivəsində karyerasını bank sahəsində qurmaq istəyən gənclər üçün təcrübə proqramları təşkil etməklə, onlara iş imkanları yaradılacaq.


Əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya FacebookInstagram hesablarımıza yazın cavablandıraq!

Yelo Bank – Parlaq bankçılıq

Teqlər: