Yelo Bank şagirdləri sertifikatlarla təltif etdi

“Parlaq gələcək təhsildədir” şüarı ilə başlamış «Yelo school» sosial layihəsinin iştirakçıları sertifikatlarla təltif edildi.

Yelo Bank tərəfindən şagirdlərin asudə vaxtlarını səmərəli keçirmələri və gələcək həyata daha da hazırlıqlı olmaları üçün təşkil edilmiş onlayn təlimlərdə Lənkəran rayonu, Boladi kəndinin 1 nömrəli orta məktəbinin 7-11-ci sinif şagirdləri iştirak etdilər.Təlimi uğurla bitirmiş bütün şagirdlər Bankın xüsusi sertifikatları ilə təltif edildi.

Təlimlərin məqsədi şəxsiyyətin düzgün formalaşmasına yardımçı olmaq, uşaqlarda təfəkkürü inkişaf etdirmək, gələcək peşə seçimində hədəflərini təyin etməkdə kömək olmaq və liderlik keyfiyyətlərini müəyyənləşdirmək idi. Proqram çərçivəsində təhlükəsiz internet, çətinliklərlə mübarizə və bullinq kimi vacib mövzular da əhatə olunub.

Bankın “Yelo school” layihəsinin inkişaf perspektivləri ilə bağlı böyük planları var. Şagirdlərin bölgələr üzrə əhatə dairəsini genişləndirmək, bununla yanaşı bank işçilərinin və müştərilərin uşaqlarını da bu layihəyə cəlb etmək planlaşdırılır.

Xatırladaq ki, keçən il başladığımız layihənin ilkin mərhələsində şagirdlərin karantin dövründə təhsilə çıxışlarının asanlaşdırılması məqsədi ilə qeyd olunmuş məktəbin biliyi ilə seçilən şagirdlərə və onların müəllimlərinə planşet və internet paketləri hədiyyə edilmişdi.

Teqlər: