Yelo Bank müştəriləri lotereyada qalib olublar

Bu ilin noyabr ayını əhatə edən “AniPay ilə ödə və qazan” lotereyası çərçivəsində bank tətbiqi üzərindən AÖS (Ani Ödənişlər sistemi) vasitəsilə minimum 5 AZN dəyərində ödəniş edərək iştirakçı olan istifadəçilər lotereyada iştirak haqqı qazanıb.

Hər bir qalib üçün nəzərdə tutulmuş 100 AZN uduş məbləği qalib şəxsin ödəniş zamanı istifadə etdiyi bank hesabına köçürülüb. Qaliblər Yelo Bank tərəfindən SMS vasitəsilə məlumatlandırılıb. Xatırladaq ki, sözügedən lotereya Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən nağdsız ödənişlərin stimullaşdırılması məqsədilə həyata keçirilib.

Əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın cavablandıraq! Həmçinin onlayn kart sifarişi xidmətimizdən faydalana bilərsiniz: https://bit.ly/ylansd


Yelo Bank – Parlaq bankçılıq!

Teqlər: