Ölkəmizin sürətlə böyüyən banklarından biri olan Yelo Bank
uğurlu fəaliyyəti sayəsində əlavə maliyyə vəsaiti cəlb edib. Belə
ki, əsas səhmdar tərəfindən 25 mln AZN həcmində subordinasiyalı
kreditin 6 il müddətinə ayrılması barədə müqavilə imzalanıb. Bu
razılaşma Bankın uzunmüddətli sabitliyinə olan yüksək inam və
etimaddan xəbər verir. Beləliklə, Yelo Bank uzunmüddətli maliyyə
resurslarından istifadə etməklə özünün kapitalizasiya və likvidlik
səviyyəsinin artırılmasına nail olacaq.
İdarə Heyətinin sədri Anar Həsənovun sözlərinə görə, ayrılan
vəsaitlər Bank üçün prioritet sahə olan real sektorun, xüsusən də
kiçik və orta biznesin kreditləşdirilməsinə yönəldiləcək:
“Subordinasiyalı kreditin cəlb edilməsi Bankın inkişafı üçün çox
əhəmiyyətli addımdır. Bunun sayəsində bankımızın kapital mövqeyi
güclənəcək, böyük həcmdə likvid vəsaitlər əldə ediləcək və
kreditləşmə fəaliyyəti güclənəcək. Bu, həmçinin yeni biznes
layihələrinin maliyyələşdirilməsi üçün əlavə imkanlar da
yaradır.”
Qeyd edək ki, xüsusi subordinasiya borc öhdəliyi “Bank
kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”na uyğun
olaraq II dərəcəli kapitala aid edilir. Cari ilin fevral ayının
sonuna Bankın məcmu kapitalı 63 mln AZN-i ötüb. Cəlb edilmiş
subordinasiya vəsaiti hesabına məcmu kapitalın 89 mln AZN-i keçməsi
planlaşdırılır. Bu da, tənzimləyicinin tələbindən 78% çox olmaqla
Bankın möhkəm kapital dayanıqlığını ifadə edir.
Bununla bərabər, 2022-ci ilin başlanğıcından Yelo Bank-ın
maliyyə nəticələrində də artım müşahidə olunur. Bank cari ilin ilk iki ayı ərzində 30
mln AZN-dən çox depozit cəlb edib. Bu isə ötən ilin analoji dövrü
ilə müqayisədə 2 dəfədən çox artım deməkdir. Bu ilin yanvar və
fevral aylarında əldə olunan faiz gəlirləri də 2021-ci ilin eyni
ayları üzrə müqayisədə 21% artaraq 11 mln AZN-i keçib. Bank-ın
aktivləri ilin əvvəlindən 18 mln, ötən ilin başlanğıcından isə 166
mln AZN artaraq 551 mln AZN-i ötüb. İlk iki ay ərzində Yelo Bank
cəmi 77 mln AZN həcmində kredit ayırıb ki, bunun da 70%-i mikro,
kiçik və orta sahibkarlığın maliyyələşməsinə ayrılıb. Bütün bunlar
Bankın strateji inkişaf planının uğurlu icrasının
göstəriciləridir.
Əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya
Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın
cavablandıraq!
Yelo Bank – Parlaq bankçılıq!