Yelo Bank xidmət şəbəkəsini artırmaqla əhatə dairəsini
genişləndirməyə davam edir. Bank müştərilərə göstərilən xidmətlərin
daha əlçatan olması üçün Ağcabədi şəhərində ilk rəqəmsal filialını
istifadəyə verdi. Ənənəvi filiallardan fərqli olaraq burada bütün
əməliyyatlar xəzinə olmadan, aparatlar vasitəsilə aparılır.
Filial müasir və funksional olmaqla yanaşı, digər filiallar kimi
bankın “Parlaq Bankçılıq” şüarına uyğundur. Burada müştərilərin
rahatlığı üçün terminal və kompüterlər vasitəsilə bank
xidmətlərindən istifadə etmək imkanı yaradılıb.
Filialda nağd pul, biznes kreditləri, Yelo debet
kart və digər məhsulların sifarişi ilə bərabər, 24/7 rejimində
hesablara mədaxil, kartdan vəsaitin nağdlaşdırılması, müxtəlif
ödənişlər də etmək mümkündür.
Filialın açılışı münasibətilə Yelo Bank-ın İdarə Heyətinin sədri
Anar Həsənov bildirib ki, yeni, rəqəmsal filialda üstün xidmət
səviyyəsi təqdim olunacaq: ”Rəqəmsal filialımız Ağcabədi sakinləri
üçün maliyyə xidmətlərinin əlçatanlığına və bankçılıq
təcrübələrinin yenilənməsinə yönəlib. Burada ənənəvi bank
modelindən uzaqlaşaraq müştərilərimizə daha sürətli və rahat xidmət
göstəriləcək. Əsas məqsədimiz strategiyamıza uyğun olaraq
regionlarda fəaliyyətimizi daha da genişləndirmək, müştərilərin
daha çox vaxt sərf etdiyi xidmətləri və bank əməliyyatlarını
rəqəmsallaşdırmaqdır. Gələcəkdə rəqəmsal filiallarımızın
çoxaldılması nəzərdə tutulub.”
Rəqəmsal filial Ağcabədi şəhəri, Məmməd Əmin Rəsulzadə küçəsi,
200A ünvanında, LUKOYL YDM ərazisində fəaliyyət göstərir. Qeyd edək
ki, Yelo Bank daha öncə LUKOYL Azərbaycan ilə birgə əməkdaşlıq
çərçivəsində ilk özünəxidmət mərkəzini istifadəyə verib. Hazırda
Yelo Bank-ın 15 filialı və 1 özünəxidmət mərkəzi fəaliyyət
göstərir.
Əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya
Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın
cavablandıraq!
Yelo Bank – Parlaq bankçılıq!