“Yelo Bank” ASC İnsan Resurslarının İdarə edilməsi üzrə elektron
sistemin yaradılması məqsədilə açıq tender elan edir.
Texniki şərtlər tenderdə iştirakını təsdiqləyən şirkətlərə
elektron məktub vasitəsilə göndəriləcək.
Tenderdə iştirak etmək üçün təqdim edilməli
sənədlər:
- Qiymət təklifi (Azərbaycan manatı və ƏDV ilə qeyd
olunmalı) - Məxfilik müqaviləsi (Tenderdə iştirakını təsdiq edən şirkətlərə
e-mail vasitəsilə göndəriləcək) - İddiaçının hüquqi sənədlər (nizamnamə, dövlət qeydiyyatı
haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.)
surətləri - Tender təklifini və satınalma müqaviləsini imzalama
səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən
sənəd - Tender təklifini təqdim edən şirkətin aidiyyəti sahə üzrə
portfeli (Lisenziyanı təqdim edə bilməsi haqqında məlumat,
portfolio və s.) - Tender qalibinin Yelo Bankda hesab açmasına dair sənədlər
(Tender qalibi elan olunduqdan sonra)
Tenderin qalibi aşağıdakı meyarlar üzrə
müəyyənləşəc:
- İştirakçı şirkətin bu sahədə təcrübəsi və xidmət göstərdiyi
şirkətlər bazası - Təklif edilən Sistemin funksionallığı
- Təklif ediləcək məhsulun qiyməti
- Proqramın istismara verilmə müddəti
Tender təklifinin təqdim edilməsi üçün son
tarix:
- Tender təklifləri 8 aprel 2022-ci il, Bakı vaxtı ilə saat
18:00-a qədər Bakı ş. Həsən Bəy Zərdabi küçəsi 81 K ünvanına təqdim
edilməlidir; - Zərflər bağlı və hər küncü möhürlənməlidir;
- Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan zərflər
qəbul olunmayacaq.
Ödəniş və digər şərtlər
- Tenderin qalibləri 12 ay müddətinə müqavilə məbləğinin 10%-i
həcmində Bank zəmanəti təqdim etməlidir. Əks halda zərurət
yarandığı halda Bank Tender qaliblərinə müqavilə imzalandıqdan
sonra ümumi müqavilə məbləğindən 30%-ə qədər ilkin ödəniş edə
bilər. Bu halda tender qalibi ona ödənilmiş məbləğ üçün Bank zəmanəti təqdim etməlidir. - Təklif qiyməti bütün vergilər daxil olmaqla verilməlidir.
- Zərurət yarandığı halda auksion formatında tenderin ikinci
mərhələsi elan edilə bilər.
Satınalan təşkilatın ünvanı
Bakı ş. Həsənbəy Zərdabi 81K,
Əlaqələndirici şəxs:
Həcər Kamalova
Təchizat və satınalma şöbəsinin mütəxəssisi
+99412 981 daxili 2057
+99450 710 73 43
[email protected]
[email protected]
Tenderin nəticəsi haqqında məlumat
Tenderin nəticəsi haqqında məlumat tenderin hər bir
iştirakçısına təqdim ediləcəkdir.